İranın məğlubiyyəti Cəlilabad sakinini öldürdü.
Faciəli hadisə Cəlilabad rayonunun Sabirabad kəndində baş verib.
Teleqraf.com axar.az-a istinadən xəbər verir ki, Braziliyada keçirilən Dünya Kubokunda İran və Argentina görüşü zamani İran milli komandasına azarkeşlik edən kənd sakini Vaqif İmanov dünyasını dəyişib.
İran komandasının qarşılaşma boyu yüksək oyun nümayiş etdirməsinə baxmayaraq, əlavə vaxtda qol buraxması mərhumun beyninə qan sızmasına səbəb olub.
O, həkimlərin ciddi səyinə baxmayaraq, dünən vəfat edib.