İyulun 28-də Güney Azərbaycanda fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyalarında çox sayda soydaşımız yaxalanılıb.
Teleqraf.com Günaz.Tv-yə istinadən xəbər verir ki, xanım Nəsim Sadiqi də iyulun 28-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və naməlum istiqamətə aparılıb.
Onun son vəziyyəti və harada saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur.
Bildirək ki, iyulun 28-də “Tərh-i No” qəzetinin türkləri təhqir etməsinə qarşı keçirilən etiraz aksiyaları İran təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsi ilə üzləşdi, onlarla etirazçı yaxalanıb və naməlum istiqamətə aparıldı.