12 Oktyabr 2016 11:31
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki çəhərində yanan bazarla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Teleqraf.com nazirliyin saytına istinadla xəbər verir ki, Şəki şəhərində ümumi sahəsi 2 hektar olan “Şəki Bazar” ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteyneri və 20 ədəd satış piştaxtalarının yanar konstruksiyaları və içərisində olan mallar 1200 kvadrat metr sahədə yanıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın bu gün saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: