Fevralın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun kollektivi Fəxri xiyabanda görkəmli şərqşünas alim, akademik Ziya Bünyadovun xatirəsini anıb, məzarı üzərinə əklil və gül dəstələri qoyub.
İnstitutdan Teleqraf.com-a verilən məlumata görə, anım mərasimində bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva akademik Ziya Bünyadovun zəngin və mənalı həyat yolundan, böyük elmi irsindən, yaratdığı elmi məktəbdən danışıb.
Digər çıxış edənlər görkəmli alimin zəngin irsdən və Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən danışıblar.