4 İyun 2017 16:25
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa paytaxtı Parisin rəmzi olan Eyfel qülləsi keçən gecə Londonda baş verən terror aktının qurbanlarının xatirəsinə öz işıqları söndürəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi mlumata görə, bu haqda Fransa paytaxtının meri Ann İdalqo bildirib.

Parisin meri öz Twitterində yazıb: "Londonda terror aktı qurbanlarının xatirəsinə bu gecə Eyfel qülləsi öz işıqlarını saat 00:45 söndürəcək".

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib.


Müəllif: Teleqraf.com