5 İyun 2017 13:43
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi Ərəb ölkələrinin Qətərlə diplomatik əlaqələrin kəsməsi regiondakı vəziyyəti gərginləşdirəcək.

Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, bu sözləri İran Prezident Administrasiyasının rəhbəri Həmid Abutalebi Tvitter hesabında yazıb.

Qeyd edək ki, ötən gecə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir, Yəmən və Liviya Qətərlə diplomatik əlaqələri kəsməklə bağlı qərar qəbul ediblər.

Buna səbəb kimi, iki həftə öncə Qətər əmri Tamim ibn Hamad əl Tanın İranı "regiondakı sabitliyin qarantı" kimi təqdim etməsi olub. Ərəb ölkələri Qətəri terrorçuluğa dəstək verməkdə, digər ölkərlədə sabitliyi pozmaqda və onların daxili işlərinə qarışmaqda ittiham ediblər.


Müəllif: Samir