5 İyul 2017 20:10
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:38

Sabah 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən güllələnməsi ilə əlaqədar çoxsaylı gənclər təşkilatları tərəfində yürüş keçiriləcək.

Bu barədə Teleqraf.com-a Gənclər və İdman Nazirilyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Nazirlik rəsmisi qeyd edib ki, yürüş “Bridge Plaza”dan başlayacaq: “Gənclər saat 11.00-da Rusiya səfirliyinin, 11.20 ABŞ səfirliyinin, 12.00-da Fransa səfirliyinin qarşısından keçəcəklər”.

Nazirlik hamını aktiv olmağa çağırır.

***

20:10

İki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsi ilə əlaqədar üç səfirliyin qarşısında keçirilməsi nəzərdə tutulan yürüş təxirə salınıb.

Bu barədə Teleqraf.com-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Xəbər verildiyi kimi, bir sıra gənclər təşkilatı 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən öldürülməsi ilə bağlı yürüş keçirmək arzusunda olduqlarını bildirmişdi.

Gənclər təşkilatları ilə bu gün keçirilən görüşün nəticəsi olaraq, belə qərara gəlindi ki, mövcud təcrübəyə görə beynəlxalq təşkilatlarla birbaşa görüşlər, bəyanatlar, müraciətlər və ən ümdəsi sosial resurslardan istifadə, ermənilərin Azərbaycana qarşı apardığı vandalizm və terrorizm aktlarını, azərbaycanlılara qarşı törətdikləri təcavüz və qəddar addımların dünya ictimaiyyətinə çatdırılmasında yürüşlə müqayisədə daha effektiv nəticə verir. Bu səbəbdən gənclər təşkilatları bu yürüşün keçirilməsinin təxirə salınmasına qərar verdilər”, - deyə nazirlikdən qeyd olunub.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər