19 Sentyabr 2017 12:10
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən xalq artisti Fuad Poladovun xərçəng olub-olmadığını deyə bilmərəm. Bu sirri sizə verə bilmərəm. Bəlkə o insan özü bunu bilmir? Təsəvvür edin, onu eşidəndən sonra nələr baş verə bilər? İnsan mənən ölər. Mən xəstənin sirrini verə bilmərəm. Sadəcə deyirəm ki, müalicə olunur.

Bu sözləri Milli Onkologiya Mərkəzinin baş onkoloqu Azad Kərimli Teleqraf.com-a danışarkən deyib. O, xalq artistimizin xərçəng olması ilə bağlı saytlarda gedən xəbəri təsdiq etmədiyini açıqlayıb:

“Bilmirəm digər saytlar bu məlumatı hardan alıblar?! Mən belə şey deməmişəm. Biz burda bütün xəstələri inandırırıq ki, sizdə belə bir şey yoxdur. Əgər varsa belə, bunu demək düzgün deyil”.

Qeyd edək ki, mediada Milli Onkologiya Mərkəzinə istinadən xalq artisti Fuad Poladovun xərçəng xəstəsi olması haqda xəbərlər getmişdi.


Müəllif: Könül

Oxşar xəbərlər