Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın Qüds qərarını bir çox liderlə müzakirə edəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ərdoğan özü məlumat verib.
O bildirib ki, Roma Papası Fransisk və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
Qeyd edək ki, Tramp dünən canlı yayım zamanı Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıdığını elan edib.