13 Dekabr 2017 12:45
3 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ səfirlərini ölkələrinizdən qovmaqla Prezident Donald Trampı Qüds qərarından daşındırmaq olar.

Teleqraf.com xəbər verir ki, bu sözləri İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında çıxış edən İsrail parlamentinin Fələstin əsilli deputatı Talib Əbu Arar deyib:

“İƏT-in bu qərarı rədd edəcəyini bilirik. Ancaq qınama və qərarın rəddinin bir mənası yoxdur. ABŞ səfirlərini ölkədən qovmalıyıq. Bununla Vaşinqtona təzyiq göstərə bilərik”.

Talib Əbu Arar ABŞ prezidentinin seçkilər vaxtı yəhudilərə verdiyi vədi yerinə yetirmək üçün bu qərarı qəbul etdiyini deyib. O əlavə edib ki, Qüds müstəqil Fələstin dövlətinin paytaxtı olacaq.


Müəllif: Samir

Oxşar xəbərlər