16 May 2018 23:31
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq olunan sanksiya ilə bağlı öz münasibətini bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu haqda Tvitter hesabında paylaşım edib:

“AŞPA-nın nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq olunan sanksiyanı əsassız və ədalətsiz hesab edirəm. Saxta məlumatlar əsasında hazırlanan, qəbul olunan bu qərar tam qərəzlidir və ölkəmizə qarşı uzun müddət aparılan təzyiq kampaniyasının tərkib hissəsi, davamıdır”, - yazıda qeyd olunur.


Müəllif: Teleqraf.com