Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində ölkəmizin Ukraynadakı Səfirliyi ilə bağlı müvafiq araşdırma aparılıb.
Bu barədə XİN-dən Axar.az-a daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmaların nəticələri ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğuna müvafiq müraciət göndərilib.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev mediaya açıqlamasında Tələt Əliyevin Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışan zaman (2001-2010) 2 milyon 400 min dollar dövlət vəsaitini mənimsədiyini iddia etmişdi. O bildirmişdi ki, əlində bütün bunların hər birini sübut edən faktlar və sənədlər var.
Səfir bütün bu məsələlərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyini də məlumatlandırdığını söyləmişdi.