9 Yanvar 2019 15:02
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal nəzarət xəttinə Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz 250D" markalı avtomobilə gömrük baxışı keçirilib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı avtomobilin arxa sağ qapısında, kül qabının içərisində 2 ədəd bükümdə ümumi çəkisi 2 qram olan narkotik vasitə – marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com