12 Fevral 2019 09:30
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, iclasda əvvəlcə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

Daha sonra "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın təsdiq edilməsi, "Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi, Əmək Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Gənclər siyasəti haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" və digər bir sıra qanunlara dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 32 məsələ daxildir.


Müəllif: Teleqraf.com