Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizəd Co Baydenin Dağlıq Qarabağla əlaqəli yazısına münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, Kalın özünün Tvitter səhifəsində paylaşım edərək Co Baydenə suallar yönləndirib:
"Ermənistandan da işğalı dayandırmasını istərdinizmi? Yoxsa erməni lobbisinin qaralama kampaniyalarına baş əyərsiniz?"
Xatırladaq ki, Co Bayden Dağlıq Qarabağdakı hərbi durumla bağlı Tramp Administrasiyasını dərhal Ermənistan və Azərbaycan liderlərini gərginliyi azaltmağa çağırmalı olduğunu bildirmişdi. O, həmçinin qeyd etmişdi ki, Türkiyə kimi ölkələrin bu qarşıdurmadan kənarda qalmaları tələb edilməlidir.