Mənə yaxın olan adamların hamısı sosial şəbəkələrdən videonun silinməsində kömək etdilər. Amma artıq gec idi, müəyyən saytlar videonu paylaşmışdılar.
Teleqraf.com Baku TV-yə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Onun sözlərinə görə, bu görüntülərdən əvvəl də hədə-qorxulara məruz qalıb:
“Həyat tərzimiz belə olub ki, sovet dövründə, müstəqillik uğrunda mübarizədə daim təqiblər şəraitində yaşamışıq. İsmayıllıdakı evimdə qadınlar olmasına baxmayaraq atəş açmışdılar. Amma kimin etdiyini tapa bilmədilər, güllə yeri qalmışdı. Mən bu cür hədələrə öyrəşmişəm. Baxmayaraq ki, ondan əvvəl daha böyük hadisələr baş verib. Amma bu baş verən bardağı daşıran son damla oldu. Mən istəmədim ki, ailəm, uşaqlarım bunu bilsin. Bunlar şifahi, sosial şəbəkələr üzərindən olur”.
Tahir Kərimli yayılan videonu çəkmə səbəbinə aydınlıq gətirib: “İşdən qayıdanda gördüm ki, qapının açarı yerinə kiçik məktub qoyulub. Özlüyümdə dedim bu nə kiçik su/işıq pulu qəbzidir. Əlimə aldım, gördüm kiril əlifbası ilə yazıblar ki, " əjdaha səni udacaq". Adamın adı, Moskva ünvanı kağızda qeyd olunub. Sonuncu dəfə Milli Məclisdə çıxış edəndə məcbur oldum, müəyyən məsələlərdən, qida təhlükəsizliyi, yol hərəkəti qaydaları, qaz və digər sahələrdəki cərimələrin artmasından danışdım. Doğrusu, onsuz da ailəm həmişə narahatlıq içində yaşamağa öyrəşib. İnsan bəzən həyatından bezir. Ona görə də çıxış etdim. Evdə də narahat olurlar. Məni öldürməklə nə əldə edəcəksən? Bil ki, məni öldürməklə nəsə olmayacaq. Mən əqidəmlə millətimin, dövlətimin gələcəyinə inanıram. Ramiz Mehdiyevi tənqid edib, istehfaya çağırsam da, etikanı pozmamışam. Elə biri olmamışam ki, vəzifədə üzünə demədiyimi çıxanda dalınca deyim. Güman etmirəm ki, belə vəziyydə başqaları kimi ona aqressiv olmamışam”.