9 İyun 2022 14:10
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağın Fərrux kəndindəki vəziyyət Rusiya sülhməramlılarının diqqət mərkəzindədir.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda keçirilən mətbuat konfransında deyib.

“Fərruxdakı vəziyyətə gəlincə, bu, Rusiya hərbçiləri üçün prioritet məsələdir və erməni dostlar bundan xəbərdardırlar. Artıq vəziyyətin sabitləşməsi baxımından müəyyən nəticələr var. Delimitasiya ilə bağlı əsaslı işlərin bir hissəsi kimi bu məsələlərə baxılacaq və həll olunacaq”, - Lavrov bildirib.

Qeyd edək ki, Lavrovun bu açıqlaması olduqca təəccüblü və qarışıqdır. Belə görünür ki, erməni jurnalistin sualına cavab verən Lavrov ya Fərruxun harada yerləşdiyini unudub, ya da Serbiyaya gedə bilmədiyi üçün aldığı ağır psixoloji zərbənin təsiri altındadır.

Fərrux – Azərbaycanın Qarabağ inzibati ərazisində yerləşən kiçik bir kənddir və Ordumuzun nəzarəti altındadır. Rus sülhməramlıları hazırda o kənddə yerləşirlər. Bu kəndin delimitasiyaya, sərhəd müəyyənləşməsinə nə aidiyyəti var?


Müəllif: Teleqraf.com