15 İyun 2022 15:02
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, Feysbuk sosial şəbəkəsində yazıb.

Bayraktar səhifəsində Bakıda çəkdirdiyi fotoları da paylaşıb və qeyd edib:

“Bu il dastanlara mövzu olan “Bir millət, iki dövlət” şüarına “Teknofest – Azərbaycan” ilə birlikdə “Bir festival” da əlavə etdik.

Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun Milli Qurtuluş Gününü təbrik edirəm”.


Müəllif: Mənsur Rəğbətoğlu