19 Yanvar 2023 11:42
5 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinkenin yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olacağı gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinqdə məlumat verib.

“Dövlət katibinin Ermənistan rəhbəri (Nikol Paşinyan) ilə danışmaq imkanı oldu, onun yaxın günlərdə Prezident Əliyevlə də danışmaq imkanının olacağı gözlənilir”, - Prays deyib.

Xatırladaq ki, dünən Blinken Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.


Müəllif: Mənsur Rəğbətoğlu