Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva vəzifəsindən azad edilib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Teleqraf.com-a faktı təstiqləyib. Onun verdiyi məlumata görə, Umayra Tağıyeva yanvarın 16-sı öz ərzəsi ilə vəzifəsindən azad olub.
Onun yerinə Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev təyin edilib.
Qeyd edək ki, Umayra Tağıyeva 2009-cu ildən həmin vəzifəni tutub. O, ixtisasca riyaziyyat-fizikaçıdır.
İLHAMƏ