23 Yanvar 2015 17:30
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən il Bakı şəhərində qeydə alınmış 11.635 cinayətin 84,6%-i az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Əvvəlki illə müqayisədə qəsdən adam öldürmələr 3,4%, adam öldürməyə cəhdlər 31,8%, zorlamalar 2,1 dəfə, adam oğurluğu faktları 6 dəfə azalıb, qəsdən sağlamlığa ağır zərər vurmalar sabit qalıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirib.

O, deyib ki, cinayətlərin 71,7%-nin, ağır növlərinin 75%-nin, qeyri-aşkar şəraitdə baş verənlərin 59%-nin açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1914 cinayətdən 92%-i, o cümlədən qəsdən adam öldürmələrin 91,3%-i, adam öldürməyə cəhdlərin hamısı açılıb: “Müqayisə edilən dövrə nisbətdə adam oğurluqlarının açılması 30%; mənzillərdən edilən oğurluqların açılması 5,5%; avtonəqliyyat oğurluqlarının açılması 18,4%; soyğunçuluqların açılması 8,7%; zorlamaların açılması 13,1%; qəsdən sağlamlığa az ağır zərər vurmaların açılması 2,9%; xuliqanlıqların açılması 2,2%; ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 0,5% yaxşılaşıb. Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub, Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin əməkdaşları tərəfindən 2734 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 47 bağlı cinayət açılıb”.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər