20 Mart 22:57
1 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcevan – Tiflis yolu Azərbaycan Silahlı Qüvvələri nəzarətinə keçəcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Alen Qevondyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın sərhədə bitişik 4 kəndi və 4 eksklavı təhvil verildikdən sonra mənzərə aşağıdakı kimi olacaq:

“Əsas İcevan – Tiflis yolu bağlanacaq (yenisi var);

Bağanıs Ayrım - Voskepar (əslində Əskipara) yolu bağlanacaq;

Berkaber iki Azərbaycan kəndi arasında qalacaq, İcevana gedən yola Azərbaycan Silahlı Qüvvələri nəzarət edəcək;

Kirantsla Acarkut arasındakı yol bağlanacaq, yeni yol çəkilməli olacaq;

Voskepar iki Azərbaycan kəndi arasında və bağlı yol üzərində qalacaq;

Ayqehovit-İcevan yolu bağlanacaq;

Yavaş-yavaş yeni yol çəkirlər: İcevan - Yenokavan - Sarerov - Cucevan

Lorinin Tequt kəndi sərhəd olacaq. Tequtdan sərhədə qədər 8 kilometr var”.

Qevondyanın iddiasına görə, Ermənistan 4 kənd və 4 anklavı təhvil verməklə sərhəddə 24 döyüş mövqeyini “itirəcək”.

Söhbət Kərki, Yuxarı Əskipara, Barxudarlı və Sofulu eksklavları, eləcə də Aşağı Əskipara, Qızılhacılı, Xeyrimli və Bağanıs Ayrım kəndlərinin təhvil verilməsindən gedir.


Müəllif: Mənsur Rəğbətoğlu