23 Mart 02:30
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvadakı terror aktında həlak olanlardan biri azərbaycanlıdır.

Teleqraf.com xəbər verir ki, Moskva vilayətinin Səhiyyə Nazirliyinin saytında "Crocus City Hall"a edilən terror hücumunda həyatını itirənlərin adları açıqlanıb.

Siyahıda 17 yaşlı Sevinc Rüstəmova (19.10.2006) adlı şəxs də var.

***

Moskvada “Crocus City Hall”da baş verən atışmada zərərçəkənlər arasında azərbaycanlıların olub-olmaması müəyyənləşdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Silahlı hücum nəticəsində 40 nəfər ölüb, 140-dən çox yaralanan var.


Müəllif: Teleqraf.com