Ermənistan Baş naziri Nikol Paşinyan istefa verərək erkən parlament seçilərinə getmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.
“Nikol Paşinyan partiyasının təcili iclasını çağırıb. Azərbaycanın anklavlarla bağlı tələbləri o qədər ciddiləşib ki, Paşinyan vəziyyəti yumşaltmaq üçün istefa vermək qərarına gəlib.
Paşinyanın fikrincə, bu, onun özünün və hökumətinin xilası olacaq. Paşinyan müzakirə apararaq, növbədənkənar parlament seçkilərinin sentyabrın 10-da keçirilməsi barədə qərar qəbul edib”, - nəşr yazır.