31 Mart 2015 18:09
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Neftçi” futbol klubu yeni rəhbərini seçir.


Trend-in məlumatına görə, SOCAR-ın inzibati binasında keçirilən iclasdan sonra “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib ki, bu gün nəinki "Neftçi"nin, eləcə də Azərbaycan futbolunda dəyişikliyin vaxtı çatıb.


Onun sözlərinə görə, hələ ötən il klublarda Müşahidə Şurasının yaradılması qərara alınmışdı: "Neftçi" futbol klubu ayrı qurum idi. Bizim "Neftçi" İdman Klubumuz var ki, burada 36 idman növündə 5 minə yaxın idmançı var. "Azərneftyağ" Neft Emalı Zavodu bağlandıqdan sonra qərara gəldik ki, futbol klubunu cəmiyyətin tərkibinə verək. Futbolun inkişafı üçün yeni struktur düşündük. Bu gün bununla bağlı qərar verdik. "Neftçi" futbol klubunda artıq Müşahidə Şurası yaradıldı. Bu Müşahidə Şurasına 7 üzv təklif edirik. Seçim sonra olacaq. Düşündük ki, bu şurada tanınmış simalar yer alsın. Çingiz Abdullayevdən xahiş etdik ki, bu şuraya rəhbərlik etsin. O, "Neftçi" sevərlərdəndir. Sağ olsun ki, təklifimizi qəbul etdi. Bəhram Bağırzadə də təklifimizi müsbət qarşıladı. Tanınmış futbolçularımız Mübariz Zeynalov və Səməd Qurbanov da bu şurada iştirak etməyə razılıq verdilər. Zaur Qəhrəmanov və mən də bu şurada yer alacağıq. "Neftçi"nin aksiyaları buraxılacaq. Bizdə gələn ilə qədər artıq şəxsi klub olmayacaq, ictimaiyyət idarə edəcək".

Sonra çıxış edən Çingiz Abdullayev çıxış edib ki, futbolu çox sevir: "Biz hüquq fakültəsində oxuyanda – 1976-cı ildə böyük komanda yaratmışdıq. Hətta həmin vaxt "Neftçi"ni də məğlub etmişdik. O vaxt cəsarətim çatırdı, başa düşürdüm ki, məndən güclü oynayanlar var. İndi görürəm ki, mənim bu təyinatımı tənqid edənlər var. Amma söz verirəm ki, meydana çıxmayacam. Futbolu da bilirəm. Uşaqlıqda həmişə "Neftçi"nin stadionunu dolu görürdük. Amma 1966-cı ildən sonra böyük uğurumuz olmadı. Bu təklifi eşidən kimi razılıq verdim”.


Beləliklə, Ç.Abdullayev "Neftçi"nin Müşahidə Şurasına sədri təsdiqlənib.


Müəllif: