16 Aprel 2015 23:13
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

1915-ci il hadisələrini soyqırımı adlandıran Türkiyə baş nazirinin erməni müşaviri Etyen Mahçupyan yaş həddinə görə vəzidəsindən xaric ediləndən sonra açıqlama verib. Teleqraf.com xəbər verir ki, Mahçupyan "Əl Cəzirə" telekanalına açıqlamasında bildirib ki, vəzifəyə təyin edilib deyə, "soyqırımı" ilə bağlı mövqeyini dəyişə bilməzdi.

"Bosniya və Afrikada baş verənlər soyqırımı hesab edilirsə, 1915-də baş verənlər də soyqırımı sayılmalıdır. Konkret suala konkret cavab verdim. Mən baş müşavir olmasaydım da belə müxbir mənə həmin sualı verəcəkdi və mən də həmin cavabı verəcəkdim. Uzun illərdir yazdığım şeyləri təkrar soruşdular və mən də təkrar cavab verdim. Baş danışman olduğum üşün mövqeyimi dəyişəcək halım yoxdur".

Ayxan


Müəllif:

Oxşar xəbərlər