2 Noyabr 2015 13:22
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səsvermə vaxtında başlayıb, seçkilər şəffaf, beynəlxalq standartlara uyğun keçirilib".

Teleqraf.com-un məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilayının Müşahidə Missiyasının rəhbəri Həbib Kaabaçi deyib.

H.Kaabaçi seçkilərin uğurlu keçməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib: "Seçki ab-havası çox gözəl idi. Bizim komandamız Bakıda yerləşən bir çox seçki məntəqələrində müşahidə apardı. Seçici aktivliyinin yüksək olduğunu gördük. Çox yaxşı haldır ki, seçici siyahıları divardan asılmışdı, gələn hər bir seçici öz adını orda asanlıqla tapa bilirdi. Biz məntəqələrdə müxtəlif partiyaların namizədlərinin nümayəndələri ilə söhbət etdik. Onların təəssüratları olduqca yaxşı idi".

H.Kaabaçi deyib ki, ümumən seçkilər sülh şəraitində keçirilib və beynəlxalq standartalara cavab verir: " Biz inanırıq ki, bu seçki Azərbaycanın demokratik prinsiplərinə bir töhfə olacaq".

Nərgiz


Müəllif: