18 Noyabr 2015 13:01
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nazirlik ov məsələlərinə ciddi nəzarət edir. Biz hesab edirik ki, turizmn inkişaf etməlidir. Nəzarət altında tənzimlənən ov hətta biomüxtəlifliyin zəngilləşməsiə də xidmət edir. Tutaq ki, insan fəaliyyəti nəticəsində balans pozulub, hansısa növ çoxalır, təbiətdə onun düşməni yoxdur və ya azalıb məhv olub. Nəticədə təbiət onu tənzimləmir. Ov metodu ilə bunu tənzimləmək olur".

Teleqraf.com-un xəbərinə görə, bu sözləri Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov bildirib. Onun sözlərinə görə, Böyük Qafqazın şimal-qərb ətəklərində yaxşı ovçuluq təsərrüfatı yaradılıb: "Ona görə də dağ keçilərinin ovuna gələn ovçular effektli ov apara bilər. Paradoksal olsa da, həmin ərazilərdə heyvanların sayı artır. Çünki yaxşı nəzarət edirlər, qoruyucu tədbirlər görürlər, yerli əhali ilə izahat işi aparırlar. İnsanlar da kortəbii çəkildə bazara çıxarılan brokonyer ovunun qarşısını özləri alır. Nəticədə ov edilməsinə baxmayaraq, təbiətə ziyan dəymir. Amma başqa hallar da olur. Biz onun tərəfdarıyıq ki, bütün bu hallar Azərbaycan qanunlarına uyğun olsun, ov lisenziya əsasında aparılsın. Lap ərəb şahzadəsi də gəlsin, Afrikanın şahzadəsi də gəlsin, kim istəyir gəlsin. Amma qanun əsasında bu işi görsün".

İlhamə


Müəllif: