Rusiyaya məxsus döyüş təyyarəsi Estoniya hava məkanını pozub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə ilə əlaqədar Rusiyaya etiraz notası verilib: "Rusiyaya məxsus An-72 döyüş təyyarəsinin Finlandiya körfəzi istiqamətində Estoniyaya məxsus Vaindloo adasının hava məkanına daxil olub. Hadisədən sonra Rusiyanın Tallindəki səfirliyi XİN-ə çağırılıb".
Samir