7 Yanvar 2016 18:12
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu il prokurorluq orqanları digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək cinayətkarlığa, xüsusən də onun mütəşəkkil təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsini təmin edib”.

Bu barədə baş prokuror Zakir Qaralov bu gün keçirilən əməliyyat müşavirəsində bildirib.

Bildirilib ki, 2015-ci ildə prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib.

Hesabat dövründə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində müəyyən işlər görülüb.

Prokurorluq və polis orqanlarının həyata keçirdikləri səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində ötən illərdə baş verməklə bağlı qalmış bir sıra qəsdən adam öldürmə cinayətlərinin, eləcə də 2015-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərindən əksəriyyətinin, o cümlədən qeyri-aşkarlıq şəraitdə törədilmiş xüsusilə ağır cinayətlərin “isti izlər”lə açılması təmin olunub.

Hacı Zeynalov


Müəllif: