ATƏT-in Minsk qrupunun həmsədrləri regionu bir neçə həftədən sonra tərk edəcək.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı ATƏT-in Baş katibi Lamberto Zanyer açıqlama verib.
Onun sözlərinə görə, həmsədrlər bir neçə həftədən sonra məruzə üçün Berlinə gedəcək, daha sonra ATƏT-də çıxış edəcək: "Onlar gələcək işləri müzakirə etmək üçün regionda lazımi qədər qalacaqlar".
Zayner əlavə edib ki, ATƏT Dağlıq Qarabağda vəziyyətin pisləşəcəyi təqdirdə yeni xüsusi iclas keçirməyə hazırdır.
Samir