Gürcüstanda barəsində axtarış elan edilən Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vətənə dönməyə hazırlaşır.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Saakaşvili "Rustavi-2" telekanalına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, parlament seçkilərindən sonra Gürcüstana gedəcək. Saakaşvili özü tərəfindən yaradılmış "Milli birlik hərəkatı" partiyasının 2016-cı ilin oktyabrında keçiriləcək parlament seçkilərində qalib gələcəyinə əmin olduğunu deyib:
"Seçkilərdə iştirak edib, qalib gəlməliyik. Sonra vətənə dönüb, qalib gələnlərə kömək edəcəm".
Samir