16 Mart 2015 16:55
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin qırğız həmkarı Almazbek Atambayevlə görüşüb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Sankt-Peterburqdakı Konstantinov sarayında keçirilən danışıqlar iki saatlıq gecikmə ilə başlayıb.

Görüşdən sonra Putin səhhəti barədə yayılan şayiələrə aydınlıq gətirib. O deyib ki, dedi-qodusuz hər şey maraqsız olur.

Qeyd edək ki, o, sonuncu dəfə martın 5-də İtaliya baş naziri Matteo Renzi ilə görüşü zamanı ictimaiyyət qarşısına çıxıb.

Samir


Müəllif: