Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri dekabrın 11-də başa çatıb.
Teleqraf.com-un məlumatına görə, Azərbaycanın və Çinin dövlət bayraqlarının dalğalandığı Pekin şəhərinin beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Çinin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri yola salıblar.