Avropa Parlamenti (AP) Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında sənədi təsdiq edib.
Azərbaycanın Aİ proqramlarında iştirakını təmin edəcək "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə Sazişi üzrə bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu" sənədi iyulun 6-da Strasburqda keçirilmiş Avropa Parlamentinin plenar iclasında səsverməyə qoyulub.
Səsvermə nəticəsində 577 lehinə, 67 əleyhinə və 51 bitərəf olmaqla, sözügedən sənəd AP tərəfindən təsdiq olunub.