Deputat Aydın Mirzəzadə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında ikili standartlara yol verildiyini bəyan edib.
Teleqraf.com-un məlumatına görə, millət vəkili vurğulayıb ki, üç həftə əvvəl XXXI Yay Olimpiya Oyunlarında qızıl medal alan Ermənistan idmançısının mükafatlandırmadan sonra döşəkçəyə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində bu ilin aprel ayında döyüşlərdə öldürülmüş Ermənistan əsgərinin şəkli olan köynəklə çıxmasına Beynəlxalq Olimpiya Komitəsi heç bir reaksiya verməyib: “Nədənsə komitə bu siyasi aksiyaya göz yumdu, həmin idmançı diskvalifikasiya edilmədi. Dünən isə Rio-de-Janeyroda XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib. Mərasimdə nümayəndə heyətlərinin keçidi zamanı Belarus nümayəndə heyətinin üzvü paralimpiadaya buraxılmayan Rusiyanın dövlət bayrağını qaldırdı. Beynəlxalq Paralimpiaya Komitəsi məsələyə dərhal reaksiya verdi. Olimpiya hərəkatının siyasi baxışlardan uzaq olduğu bildirilərək, bayraq qaldıran şəxsin cəzalandırılacağı bildirilir. Hətta Belarus paralimpiya komandasının diskvalifikasiya ediləcəyi də söylənilir. İkili standart açıq-aşkar nümayiş etdirilir. Bəzi dairələrə nə sərf edirsə, o da qanun sayılır”.
Kəmalə