21 Fevral 2017 18:40
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən bir vətəndaş, bir ziyalı və millət vəkili kimi Mehriban Əliyevanı təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzu edirəm. Atalar deyir, niyyətin hara, mənzilin ora. Mehriban Əliyeva ötən müddət ərzində birinci xanım kimi, Heydər Əliyev Fondunun rəhbəri və millət vəkili kimi Azərbaycanın taleyüklü məsələlərində kifayət qədər öz sözünü deyib, addımlarını atıb. Azərbaycan mədəniyyətinin dünyaya təqdim edilməsində çox böyük rol oynayıb. Bu gün Heydər Əliyev Fondu Azərbaycanda ümid qapısı hesab olunur. Bütün bunlardan çıxarılan nəticələr belə bir fikir söyləməyə əsas verir ki, Mehriban Əliyeva dünyada vitse-prezidentlik institutunu daha yüksək səviyyəyə qaldıracaq”.

Похожее изображение
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli bildirib. Onun sözlərinə görə, orbitindən çıxanlar, cəmiyyət üçün problem yaradanlar, dövlətin, hökumətin gördüyü işlərə atdığı addımlarla kölgə salanlar, ortada yeyib qıraqda gəzənlər öz adətlərindən əl çəkib dövlətə, xalqa xidmət edəcəklər: “Prezident İlham Əliyevin dediyi kimi, məmur xalqa xidmət etməlidir. Güman edirəm ki, Mehriban xanımın xarakterindəki bütövlük, işə can yandırmaq, prinsipial mövqe müstəvisində qaldırılan bütün məsələlər öz həllini tapacaq. Mənə elə gəlir ki, biz bir ildən sonra Mehriban xanımın atdığı addımların, gördüyü işlərin böyüklüyünü müzakirə edəcəyik. Bütün bunlar nəzəri düşüncə kimi qalmayacaq. O əvvəllər Heydər Əliyev Fondunun rəhbəri kimi bu işləri görürdü. İndi isə dövlətin ikinci şəxsi kimi bu işləri reallaşdıracaq. Mən bir daha Mehriban xanımı təbrik edirəm, ona uğurlar arzulayıram. Xalqıma, millətimə daim yaxşı rəhbər, yaxşı təşkilatçı, Mehriban xanım kimi yaxşı dövlət xadimi arzu edirəm”.

Картинки по запросу musa qasımlı

Milli Məclisin deputatı, professor Musa Qasımlı isə bildirib ki, Mehriban Əliyeva ölkə daxilində gördüyü saysız-hesabsız xeyirxah işləri ilə bütün vətəndaşların dərin hörmətini və rəğbətini qazanıb: “Dünya miqyasındakı fəaliyyəti ilə millətimizə baş ucalığı gətirən Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsinə dair Prezident İlham Əliyevin sərəncamını dövlətimizin və millətimizin maraqları baxımından uğurlu addım hesab edirəm”.

Səxavət


Müəllif: