Bu sözləri Teleqraf.com-la danışarkən rejissor Aqil M. Quliyev deyib. O, qardaşının qara ciyər serrozundan əziyyət çəkdiyini bildirib:
“Qardaşımın qara ciyərində ciddi problem vardı. Çox əziyyət çəkirdi. Allah ona rəhmət eləsin. Qardaş, sənə nə etdimsə, halal xoşun olsun. Sən də bizə halal et. Sənin yerin həmişə görünəcək. İlham Mansur oğlu Quliyev. Sənin üçün çox darıxacağam”.
Qeyd edək ki, İlham Quliyevin 43 yaşı vardı.