16 Avqust 2017 09:40
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Liman şəhərindən keçən hissəsində baş verib.

İiribuynuzlu heyvan yolda hərəkətdə olan 90-UE-171 dövlət seriyalı nişanlı, "VAZ-2107" markalı avtomobilin yoluna çıxıb. Avtomobilin sürücüsü bu zaman nəqliyyat vasitəsinin hərəkət istiqamətini dəyişərək qarşıdan gələn, Astara rayon Sərək kənd sakini, Süleymanov Rüstəm Tarif oğlunun idarə etdiyi 90-LE-868 dövlət seriya nişanlı, "Mersedes" markalı avtomobilin yoluna çıxıb. Nəticədə avtomobillər toqquşub.

Avtomobillərinin toqquşması nəticəsində 2 nəfər – "VAZ-2107" markalı avtomobilin sürücüsü və onun sərnişini ölüb. Hadisə zamanı 1-i azyaşlı olmaqla, daha 5 nəfər xəsarət alıb.

Lənkəran şəhərində baş verəın ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub.

Ölənlər:

Lənkəran rayonunun Havzava kənd sakinləri-

Kamran Xudiyev (sürücü)

Səbinə Əlimirzəyeva.

Yaralılar:

2004-cü il təvəllüdlü Əlimirzəzadə Tacir Mahir oğlu

Süleymanov Rüstəm Tarif oğlu (sürücü)

Hüseynova Solmaz Malik qızı

Mikayılova İradə Tahir qızı

Əlizadə Elməddin Cabbar oğlu/Report/

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkərandakı ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Teleqraf.com nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonu, Liman şəhərində “VAZ” markalı minik avtomobili ilə “Mersedes” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:05-də başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər