Türkiyənin Ərzincan şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində qadınları fahişəliyə məcbur edən 10 nəfərlik dəstə saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, dəstə üzvlərindən 5-i Azərbaycan vətəndaşıdır.
Məlumatlara görə, dəstə üzvləri 7 azərbaycanlı qadını fahişəliyə məcbur ediblər.
Saxlanılan şəxslər "zorla fəhişəlik etdirmək", "cinsi istismara vasitəçilik etmək" maddələri ilə ittiham olunacaq.
Saxlanılan qadınlardan bəzilərinin AİDS və Hepatit C daşıyıcısı olduğu məlum olub.