Lənkəran Dövlət Universitetində bıçaqlanan 3-cü kurs tələbəsi Həmidov Zəka Əfrahim oğlunun vəziyyəti ağırdır.
Bunu Teleqraf.com-a açıqlamasında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Əbülfət Məmmədov deyib.
Onun sözlərinə görə, 19 yaşlı tələbə hazırda əməliyyatdadır: “Zəka Həmidov Lənkəranın Kərgəlan kənd sakinidir. Sağ qasıq nahiyyəsindən bıçaqlanma ilə xəstəxanaya çatdırılıb. Damar zədələndiyi üçün çoxlu qan itirib. Ona qan vurulub və hazırda əməliyyatdadır”.
Məsələ ilə bağlı Lənkəran Dövlət Universiteti ilə əlaqə saxladıq. Bildirildi ki, universitetdə bu cür hadisə olmasından xəbərsizdirlər: “İlk dəfə sizdən eşidirik”.