Banqladeşin cənubuna yaşayan 45 yaşlı Haşimot Əli düz 23 il əvvəl meşədə yatarkən bir pələngin hücumuna məruz qalıb. Pələng Haşimot Əlinin sifətini yeyərək tanınmaz hala gətirib.
Teleqraf.com xəbər verir ki, hadisədən dərhal sonra Əli Haşimot ağır əməliyyat olunub.
Həkimlər onu ölümdən xilas ediblər. Lakin bu, Əlinin sifətinin tanınmaz hala düşməsi hesabına başa gəlib. Bu səbəbdən də Əli düz 23 ildir üzünə maska taxaraq şəhərə çıxır, insanlarla ünsiyyətdə olur.
Əli hazırda üzünü adi insanların siması vəziyyətinə gətirən plastik cərrah arzusundadır. Deyir ki, onu son 23 ildə yaşadan bu arzu olub.