Braziliya yığmasının, “Real Madrid”, “Mançester Siti” və “Milan” kimi klubların şərəfini qorumuş sabiq futbolçu Robinyo həbs edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, 5 dostu ilə birlikdə 2013-cü il yanvarın 22-də 22 yaşlı Albaniya vətəndaşı olan qızı zorlamaqda ittiham olunub.
Məhkəmənin qərarı ilə Robinyo 9 il müddətinə azadlıqdan məhrum edilib.