İranın Xuzistan əyalətinin Dezful şəhərindəki “Persi Qaz” şirkətində 1100 qaz balonu partlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində ən azı 16 nəfər bədən xəsarəti alıb.
Partlayışa “Persi Qaz” şirkətinin bir hissəsində texniki nasazlıq ucbatından baş vermiş yanğın səbəb olub: “Şirkətdə yanğın baş verən ərazidə ümumilikdə 2200 maye qaz balonu olub və onlardan 1100-ü yanğın nəticəsində dəhşətli partlayışa səbəb olub. Şirkətdə və ətraf məhəllələrdə böyük dağıntılara gətirib çıxaran güclü partlayışın səsi qonşu Əndimeşk, Şuş və Gətvənd şəhərlərində də eşidilib”.