28 Dekabr 2017 14:02
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabildə ardıcıl iki partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərdəki məscidlərdən birinin yaxınlığında yerləşən xəbər agentliyinin binasında baş verib.

İlk partlayışdan sonra hadisə yerinə polis, təcili yardım briqadaları və jurnalistlər gəlib. Bu zaman ikinci partlayış baş verib.

Hadisələr zamanı azı 40 nəfər ölüb, 50 nəfər yaralanıb. Onlar arasında jurnalistlər, polislər və həkimlər də var. Ölən və yaralananların sayının artacağı bildirilib.


Müəllif: Samir