Azərbaycan mətbuatının tanınmış dizayneri Fuad Həsənov dünyasını dəyişib.
O, 43 yaşında vəfat edib.
Xatırladaq ki, F.Həsənovun beyninə qan sızıb. O, bir neçə gün öncə komaya düşmüşdü.
Qeyd edək ki, F.Həsənov "Ədalət", "Hürriyyət", "Avrasiya", "7 Gün", "Milləin səsi", "Ekspress" qəzetlərində, fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupuna daxil olan "ANS Press" saytında dizayner işləyib. Sonuncu iş yeri "Daşınmaz əmlak" jurnalı olub.
F.Həsənovun həyat yoldaşı Marina Səttarbəyli də əvvəllər jurnalist olub. Onların üç övladı var.
Allah rəhmət eləsin!