2 Sentyabr 2018 12:52
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhər ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin qarşısında olub.

"Mercedes"markalı avtomobillə "VAZ" markalı maşının toqquşması nəticəsində bir nəfər xəsarət alaraq Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report