14 Oktyabr 2018 08:50
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabulda rayonunda yük avtomobilləri toqquşub, bir nəfər xəsarət alıb.

Hadisə səhər saatlarında Bakı-Qazax magistralının 110-cu kilometrliyində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınınb.

Yolun kənarında dayanan mişar daşı ilə yüklənmiş “KamAZ” markalı avtomobilə hərəkətdə olan “Shagman” markalı avtomobil çırpılıb.

Nəticədə “Shagman” markalı avtomobildə sıxılıb qalan sürücü Qobustan sakini, 1984-cü il təvəllüdlü Güləliyev Uluxan Vəzir oğlunu FHN Hacıqabul Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılıb.

Yaralı sürcü Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report