Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Z.Bəkirovanın çantasından içərisində 300 manat, 50 ABŞ dolları və sənəd olan pulqabının oğurlanması barədə 25-ci polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Konstantin Qnuşey tutulub.
Onun daha 3 qadının çantalarından pul və sənəd oğurlaması da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.