21 Yanvar 2019 12:12
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindəki seyfdən 5700 ABŞ dolları oğurlanıb.

Zərərçəkmiş baş verən oğurluq hadisəsi ilə bağlı polisə məlumat verib.

26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evdə usta işləmiş Bakı şəhər sakini Elnur Nağıyev saxlanılıb.


Müəllif: Hacı Zeynalov